Almaniyada Türkiyə görüşlərinə niyə məhdudiyyət qoyulur?

Türkiyənin Baş naziri Binəli Yıldırım Türkiyə-Almaniya arasındakı diplomatik gərginliklə bağlı danışıb.

684876
Almaniyada Türkiyə görüşlərinə niyə məhdudiyyət qoyulur?

  Gərginlik Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ və İqtisadiyyat naziri Nihat Zeybekcinin Almaniyanın öz ölkəsində toplantılara qatılmasına icazə verilməməsiylə bağlıdır.

  Almaniya kansleri Merkellə telefonda danışdığını, bu məsələnin heç də referenduma əngəl yarada bilməyəcəyini söyləyən Yıldırım bildirib:

  “Almaniyada mitinq təşkil etmək və referendum barədə düzgün məlumatlandırma türklərin təbii haqqıdır…

  İki nazirimizin Türkiyədən köçən gurbətçilərlə Almaniyada edəcəyi yığıncaqları birdən ləğv etdilər. Bu, demokratiyaya, azadlığa qarşı bir qərardır. Alman mövqeləri iki ölkə arasındakı əlaqələrə uyğun gəlməyən bu mövqelərini gözdən keçirməlidir...

  Almaniya kansleri Angela Merkellə telefon danışığımız uzun çəkdi. Son günlər Almaniyada referendumla bağlı vətəndaşlarla görüşlərə məhdudiyyət qoyulur, ləğv edilir. Artıq bundan sonrakı proqramlar üçün başqa yol tapacağıq. Bu həftə iki ölkənin xarici işlər nazirləri bir araya gələcək, bu mövzuya aydınlıq gətirəcəklər…

  Hələ separatçı terror təşkilatı PKK-nın 4500 üzvünün Almaniyadan geri qaytarılma tələbimiz də var. Amma “Biz bu işlərə qarşıa bilmərik" deyə məsələni bir kənara qoyurlar…

  Türkiyədə casusluqda ittiham edilən və haqqında həbs qərarı çıxarılan Can Dündarla bağlı da Almaniya “Bunlar niyə nəzarətə alınır? Niyə həbs edilir?" deyə soruşur. İzahatdan sonra isə "Biz bu işə qarışa bilmərik" deyirlər. Bu, doğru deyil. Amma o adamın məhkəməsi olacaq və qərar veriləcək.”

  Bu sözləri baş nazir Binəli Yıldırım Türkiyənin Kırşehir və Sinop şəhərlərinə səfəri zamanı söyləyib.



Әlaqәli Xәbәrlәr