“Əks təqdirdə vuracağımızı daha əvvəl söylədik”

Xarici işlər naziri Mövlud Çavuşoğlu terror təşkilatı PKK-nın Suriyadakı davamı olan PYD/YPG-nin Münbiç bölgəsini tərk etməsi üçün çağırış edib.

683453
“Əks təqdirdə vuracağımızı daha əvvəl söylədik”

Xarici işlər naziri Mövlud Çavuşoğlu terror təşkilatı PKK-nın Suriyadakı davamı olan PYD/YPG-nin Münbiç bölgəsini tərk etməsi üçün çağırış edib.

“Əks təqdirdə vuracağımızı daha əvvəl söylədik”-deyə bildirən nazir Çavuşoğlu Türkiyə Böyük Millət Məclisində jurnalistlərə açıqlamasında deyib ki, “Fərat qalxanı” əməliyyatı çərçivəsində Əl-Bab DEAŞ-dan təmizləndi. Buradan Münbiçə gədiləcək, ancaq əməliyyata hələ də başlanılmayıb. Bölgədə YPG-lilərin  olduğunu bilirik. ABŞ rəhbərliyindən bunların yaxın zamanda buranı tərk etməsini tələb edirik.

Şəhərlərin o şəhərlərdə yaşayan sakinlərin olduğunu, hakimiyyətin isə bu insanların əlində olmasının vacibliyini dilə gətirən Çavuşoğlu; “YPG Münçibdən çıxmayacağı təqdirdə vuracağımızı açıqladıq” deyə bildirib.

Nazir Çavuşoğlu onu da deyib ki, amerikalı komandirlər Obamanı səhv yola istiqamətləndirdi, ancaq Tramp  idarəsinin də eyni tələyə düşməyəcəğinə ümid edirik. Bizim ordakı terror təşkilatları ilə olan mübarizəmiz bizi ABŞ ilə qarşı-qarşıya gətirməməlidir. Terror təşkilatlarının yanında heç bir müttəfiqimizin olmasını arzu etmərik.

Mövlud Çavuşoğlu rejim qüvvələrinin də şərq istiqamətinə üz tutduğunu gördüklərini qeyd edərək, mülayim müxalifət ilə Suriya rejiminin qarşı-qarşıya gəlməməsi üçün Rusiya ilə razılıq əldə edildiyini bildirib.

Çavuşoğlu Peşmergeyə Suriyada vəzifə tapşırılacağına dair xəbərlərin də doğru olmadığını söyləyib.



Әlaqәli Xәbәrlәr