Adıyaman vilayətinin Samsat qəbəsində 5,5 bal gücündə zəlzələ baş verib

Bu gün yerli vaxtla saat 14:07-də Adıyaman vilayətinin Samsat qəbəsində 5,5 bal gücündə baş verən zəlzələ nəticəsində 22 nəfər xəsarət alıb.

683491

Kandilli Rəsədxanası zəlzələnin episentrinin 11,3 kilometr dərinlikdə yerləşdiyini, təxminən 10 dəqiqə sonra həmin bölgədə 4,4 bal gücündə daha bir yeraltı təkanın qeydə alındığını bildirib. 

Adıyaman valisi Abdullah Erin 22 nəfərin yaralandığını açıqlayıb.

Bələdiyyə sədri Hüsrev Kutlu isə ilkin məlumatlara görə can itkisinin olmadığını bildirib. 

Bölgədə vali Abdullah Ərin başçılığı ilə böhran mərkəzi yaradılıb.

Təbii fəlakət bölgəsinə xilasedicilər və yardım dəstələri cəlb edilib. 

Әlaqәli Xәbәrlәr