SAT və SAS komandoları terrorla mübarizəyə dəstək verir

Komandolar PKK-ya qarşı aparılan mübarizə ilə Suriyanın şimalındakı terror hədəflərinə istiqamətli davam edən “Fərat qalxanı” əməliyyatına dəstək verir.

681996
SAT və SAS komandoları terrorla mübarizəyə dəstək verir

Sualtı hücum (SAT) və sualtı müdafiə (SAS) komandoları ilə amfibiya tipli dəniz piyadaları şərq və cənub-şərqi Anadolu bölgələrində terror təşkilatı PKK-ya qarşı aparılan mübarizə ilə Suriyanın şimalındakı terror hədəflərinə istiqamətli davam edən “Fərat qalxanı” əməliyyatına dəstək verir.

Bunu Dəniz Qüvvələri Komandirliyi yaydığı bəyanatında bildirib.

Məlumata görə, özəl təyinatlı SAT və SAS komandaları ilə yanaşı amfibiya tipli dəniz piyadaları şərq və cənub-şərqi Anadolu bölgələrində terror təşkilatı PKK-nın daimi sığınacaq yerləri və keçiş yolları olaraq istifadə etdiyi bölgələrin təmizlənməsi və terror təşkilatı mənsublarının qış şərtlərinə uygunlaşmasına mane olunması məqsədilə başladılan əməliyyatlara dair şəkillər də bölüşüb.

Komandoların Suriyanın şimalındakı terror hədəflərinə qarşı başladılan və 188 gündür davam edən “Fərat qalxanı” hərəkatı çərçivəsində həyata keçirdiyi əməliyyatları əks etdirən şəkilləri diqqət çəkir.



Әlaqәli Xәbәrlәr