Ərdoğan Pakistana səfər etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İslamabadda keçirilən  13-cü sammitində iştirak etmək üçün Pakistana getdi.

681961
Ərdoğan Pakistana səfər etdi
cumhurbaşkanı erdoğan pakistan 2.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İslamabadda keçirilən 13-cü sammitində iştirak etmək üçün Pakistana getdi.
 
Ərdoğanı Pakistanın Nur Xan Hərbi Havalimanında ədliyyə naziri Zahid Həmid, Türkiyənin İslamabad səfiri Babür Girgin və Tehran səfiri Hakan Təkin qarşıladılar.
 
 Ərdoğan Pakistan prezidenti Məmnun Hüseynin verdiyi rəsmi şam yeməyinə qatıldı və daha sonra Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdü.

Mətbuata qapalı keçirilən görüş 50 dəqiqə davam etdi.

 Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan  Pakistanın paytaxtı İslamadda baş nazir Navaz Şərif ilə görüşdü.
 
 Nazirlər Kabinetində keçirilən və prezident Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın da qatıldığı mətbuata qapalı görüş təxminən 40 dəqiqə davam etdi.
Türkiyə  Prezident Aparatının Mətbuat Mərkəzindən verilən məlumata görə, Ərdoğan sammit çərçivəsində liderlərlə görüşəcək.

 Görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq proseslər haqqında da fikir mübadiləsi aparılması nəzərdə tutulur.

Sammitin açılışında çıxış edən Ərdoğan terror təşkilatlarının Orta Şərqdən  atılmasının zəruriliyindən danışdı və: "İlkin  vəzifəmiz, Suriya, İraq və Yəməndə  axan qanı dayandırmaqdır" dedi.

 Prezident Ərdoğan çıxışında Türkiyənin enerji məsələsinə verdiyi əhəmiyyəti vurğuladı, üzv ölkələri  siyasi həmrəyliyə dəvət etdi.
 Ərdoğan, Türkiyənin  böyük layihələr həyata keçirdiyini qeyd edərək, bu layihələrin region ölkələrinə də fayda verəcəyini ifadə etdi.
 Ərdoğan  Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalının və bu problemə göz yumulmasının qəbulolunmaz olduğunu söylədi.
Türkiyə prezidenti Təşkilatın üzvü olan ölkələri ədalətsiz şəkildə təcrid olunmuş  ŞKTR  ilə həmrəyliyi gücləndirməyə çağırdı.

 Sammitdə Avrasiya məkanının mühüm iqtisadi əməkdaşlıq mexanizmlərindən olan İƏT-in gələcək 10 ilə aid fəaliyyətinə dair qərarların qəbul olunması gözlənilir. 
Pakistan səfərində prezident Ərdoğanı həyat yoldaşı Əminə Ərdoğan, İqtisadiyyat naziri Nihat Zeybəkci, Nəqliyyat, Dənizçilik və Kommunikasiya naziri Əhməd Arslan, Enerji və Təbii Qaynaqlar naziri Berat Albayrak və Türkiyə Silahlı Qüvvələrinn Baş Qərargah rəisi general Hulusi Akar müşayiət edirlər.



Әlaqәli Xәbәrlәr