Mardin və Batmanda PKK-ya qarşı əməliyyatlar davam edir

Türkiyənin Mardin şəhərinin Derik qəsəbəsində separatçı terror təşkilatı PKK-nın yolda gizlətdiyi əl istehsalı partlayıcı qurğu məhv edildi.

681970
Mardin və Batmanda PKK-ya qarşı əməliyyatlar davam edir

Türkiyənin Mardin şəhərinin Derik qəsəbəsində Jandarm Komandanlığının briqadaları tərəfindən Qızıltəpə Viranşehir avtomobil yoluna separatçı terror təşkilatı PKK tərəfindən qoyulan partlayıcı qurğu aşkar edildi.

Təhlükəsizlik tədbirləri görüldükdən sonra bomba məhvetmə mütəxəssisləri əl istehsalı partlayıcını zərərsizləşdirdilər.
 
 Partlayışın şiddətindən avtomobil yolunda 1,5 metr dərinliyində çuxur yarandı.
 
 Bölgədə əməliyyat aparılır.
 
 Batmanın Gercüş qəsəbəsində eyni anda 13 ünvanda keçirilən əməliyyatda tapança, uzun lüləli silah, 2 silah maqazini, 90 patron, partlayıcı, tibbi ləvazimatlar ələ keçirildi.
 
 Nəzarətə alınan bir şübhəlinin istintaqı davam edir.


Etiketlәr: #Türkiyə , #Mardin , #Batman , #PKK

Әlaqәli Xәbәrlәr