"Yeni sistemin ən böyük zəmanətçisi millətin özüdür", R.T.Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyəni müasir mədəniyyətlər səviyyəsinə çıxaracaqlarını söyləyib.

677821
"Yeni sistemin ən böyük zəmanətçisi millətin özüdür", R.T.Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyəni müasir mədəniyyətlər səviyyəsinə çıxaracaqlarını söyləyib.

Podratçılar Birliyinin mükafatlandırma mərasimində çıxış edən Ərdoğan 16 apreldə keçiriləcək  konstitusiya dəyişikliyinə dair referenduma toxunaraq deyib ki, konstitusiya dəyişikliyi ilə əlaqəli millətə söz vərdik. Biz həmişə inkişaf yolunda irəliləyirik, bunu da qətiyyətli şəkildə davam etdirmək məcburiyyətindəyik. Bu yoldan geri addım atmaq olmaz.

Türkiyənin keçmişdə qanunverici, icra və məhkəmə hakimiyyətləri arasındakı münaqişələrdən, səlahiyyət sahəsindəki mürəkkəb vəziyyətlərdən çox zərər gördüyünü vurğulayan Ərdoğan bildirib ki, memorandumların səbəb olduğu siyasi xaoslar, iqtisadi böhranlar Türkiyəyə ciddi mənada maddi ziyan vurmuşdur. Keçiriləcək tarixi islahatda birlik olağın və beləliklə 16 apreldə birliyi, bərabirliyi, tamamilə güclü bir Türkiyənin, lider bir Türkiyənin, inkişaf etmiş bir Türkiyənin sistem nöqtəsində təməl daşlarını öz yerinə qoyağın.

Yeni sistemin ən böyük zəmanətçisinin millət olduğunu qeyd edən Ərdoğan onu da deyib ki, çünki millətimizin 50 faizdən artığının dəstəyini götürmək, bütün ictimaiyyətə quçaq açmaq istəmək, bunun üçün lazım olan proqrama, plana, layihəyə, əksəriyyətin səsinin olduğu anlayışa sahib olmaq mənasındadır.

Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PYD) 15 iyuldakı çevriliş cəhdinə də toxunan dövlət başçısı bildirib ki, 15 iyul bir daha göstərdi ki, öldürməyən hər çevriliş gücləndirir. Türkiyə güclü şəkildə hər hücumun qarşısını alır, bu çərçivədə hər hücumdan, xaoslardan, çevriliş cəhdlərindən güclənərək uğurlu şəkildə çıxmış bir ölkədir.



Әlaqәli Xәbәrlәr