Qadın hərbçilər üçün baş örtüyü qadağası qaldırılıb

Türk Silahlı qüvvələrində xidmət edən qadınlar üçün tətbiq edilən baş ötüyü qadağası ləğv edilib.

677887
Qadın hərbçilər üçün baş örtüyü qadağası qaldırılıb

Milli Müdafiə Nazirliyi tərəfindən TSQ-də geyim qərarnaməsində dəyişikli aparılıb.

Tənzimləməyə görə Türk Silahlı qüvvələrində Baş qərargah rəisliyi, Ordu qərargahları və bağlı birləşmələrdə xidmət edən qadın zabit və gizirlər bundan sonra başlarını örtə biləcəklər.

Yeni dəyişiklikdən, Quru, Deniz ve Hava Qüvvələri mənsubu qadın zabitlər, müqaviləli zabitlər, gizirlər, müqaviləli gizirlər və hərbi tələbələr ilə bunlara namizədlər, kursantlar, rəsmi geyimləri ilə birlikdə forma rənginə uyğun naxışsız baş ötrüyü istifadə edə biləcəklər.



Әlaqәli Xәbәrlәr