İsraildən Türk iş adamlarına 3 illik viza imkanı

Türkiyə İxracatçılar Məclisi Türkiyə ilə İsrail arasında normallaşma prosesinə girən əlaqələrin ixracata təsirini Türkiyə-İsrail İş Forumunda müzakirəyə çıxardı.

677122

Forumda çıxış edən İsrailin İstanbuldakı baş konsulu Shai Cohen qarşılıqlı əlaqələrdə ciddi dəyişikliklər olduğunu bildirərək, bu prosesin iki ölkə arasında hər sahədə özünü hiss etdirdiyini vurğulayıb.

Üç həftə əvvəl Ankarada baş tutan bir yığıncaqda müxtəlif sahələrdə əlaqələrin yənilənməsinə qərar verildiyini ifadə edən Cohen bildirib ki, keçmişdəki əlaqələrin aktual hala gətirilməsi qərara alındı.

Türkiyədəki iş adamlarına tətbiq ediləcək viza rejiminin 3 illik və dəfələrlə ölkəyə giriş viza modeli olacağını vurğulayan Cohen Türk iş adamlarının İsrailə getməzdən 3 həftə əvvəl bütün sənəd işlərini tamamlamalarının kifayətli olacağını söyləyib.

Cohen meyvə-tərəvəzdə qarşılaşılan mövcud maneələrlə əlaqəli olaraq da İsraildəki rəsmilərlə danışıb Türk iş adamlarına yaxın zamanda məlumat veriləcəyini bildirib.

Әlaqәli Xәbәrlәr