“ABŞ Ərdoğanın təkliflərini ciddi dəyərləndirməlidir”, C.Makkeyn

Con Makkeyn Ankarada ölkə başçısı Rəcəb Tayyib Ərdoğanla görüşü barədə getdikdən sonra yazılı şərh verib.

676499
“ABŞ Ərdoğanın təkliflərini ciddi dəyərləndirməlidir”, C.Makkeyn

  ABŞ-ın Respublikaçı Partiyasının mühüm adlarından biri olan Arizona ştatı senatoru Con Makkeyn terror təşkilatı DAEŞ-i tez və birdəfəlik məğlub etmək üçün Türkiyə ilə çalışmağın vacibliyindən danışıb.  

  Senat Silahlı Xidmətlər Komitəsinin sədri də olan Makkeyn Ankarada ölkə başçısı Rəcəb Tayyib Ərdoğanla görüşü barədə getdikdən sonra yazılı şərh verib.

  Respublikaçı senator şərhində deyib: "Amerika Birləşmiş Ştatları DAEŞ-i tez və birdəfəlik məğlub etmək, düşmən təsirinə qarşı mübarizə aparmaq və bölgədə güc tarazlığı qura bilmək üçün Türkiyə ilə çalışmalıdır. Bununçün ABŞ Ərdoğanın “Suriyada etibarlı bölgələr yaradılması və Rakkanın alınması” təkliflərini ciddi dəyərləndirməlidir."



Әlaqәli Xәbәrlәr