Türkiyə Moqadişuda törǝdilǝr terror aktını qınadı

Türkiyə dünǝn Somalinin paytaxtı Moadişuda xalq bazarı yaxınında bomba yerlǝşdirilmiş avtomobillǝ törǝdilǝn terror aktını qınayıb.

675799
Türkiyə Moqadişuda törǝdilǝr terror aktını qınadı

  Türkiyə Xarici İşlər Nazirliyindən verilǝn açıqlamada Vadajir bölgəsindəki Cəzirə yolu üzərində dinç sakinlǝrin sıx olduğu bir sahədə bombalı avtomobilin partladılması nǝticǝsindǝ çox sayda insanın öldüyü vǝ yaralandığı xǝbǝrindǝn dǝrin kǝdǝr duyduğunu ifadǝ edǝrǝk bildirib: “Somalidə siyasi sabitliyin bǝrpası istiqamǝtindǝ əhəmiyyətli addımların atıldığı bir dövrdə həyata keçirilən terror aktını lǝnǝtlǝyirik. Türkiyə, keçmişdə olduğu kimi qarşıdakı dövrdǝ dǝ Somalidə sülh və sabitliyin tǝsisi uğrunda atılan addımları dǝstǝklǝmǝkdǝ davam edǝcǝk. Xain hücumda hǝyatını itirǝnlǝrǝ Allahdan rəhmət, yaxınlarına başsağlığı, yaralılara təcili şəfa diləyirik” deyǝ vurğulanıb.

  Qeyd edǝk ki, Somalıda ötǝn gün törǝdilǝn terror aktına görǝ mǝsuliyyǝti hǝlǝ üzǝrinǝ götürǝn olmayıb. Ancaq, hadisǝnin Eş-Şebab Təşkilatının, prezident Məhəmməd Abdullah Fermacuya qarşı "müzarizǝ edǝcǝyini açıqlamasından dǝrhal sonra törǝdilmǝsinǝ diqqǝt çǝkilir.



Әlaqәli Xәbәrlәr