R.T.Әrdoğan:‘‘Türkiyə illərdir axtarışında olduğu rəhbərlik sisteminə nəhayət qovuşur’’

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Elazığda  keçirilən  açılış mərasimində iştirak edib.

675334
R.T.Әrdoğan:‘‘Türkiyə  illərdir axtarışında olduğu  rəhbərlik sisteminə  nəhayət qovuşur’’

Mərasimində açılış nitqi ilə  çıxış edən dövlət başçısı  keçiriləcək referendumla bağlı Türkiyədə  rejimin deyil, rəhbərlik sisteminin dəyişəcəyini söyləyib.

‘‘Türkiyə  illərdir axtarışında olduğu  rəhbərlik sisteminə indi nəhayət qovuşur. Bu sistemin adı prezident idarəçiliyi sistemidir’’ deyə Türkiyənin dövlət başçısı bildirib.

 Dövlət başçısı daha sonra Malatyaya səfər edərək  həyata keçirilən açılış mərasimində xalqa müraciət edib.

 R.T. Ərdoğan  çıxışı zamanı  Ədalət və İnkişaf Partiyasının  hakimiyyəti dövründə  milli gəlirin artdığını söyləyib.

Dövlət başçısı R.T.Ərdoğan  Türkiyənin son 14 ildə xalqın  dəstəyi ilə sabitlik mühitinə nail olduğunu da bildirib.



Әlaqәli Xәbәrlәr