"Böyük İyirmilər"in Xarici İşlər Nazirləri Toplantısı başa çatdı

TRT-nin qonağı olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu toplantı barədə danışdı.

675030
"Böyük İyirmilər"in Xarici İşlər Nazirləri Toplantısı başa çatdı

Almaniyada keçirilən "Böyük İyirmilər"in (G20) Xarici İşlər Nazirləri Toplantısı başa çatdı.
 
 TRT-nin qonağı olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu toplantı barədə danışdı. 
 
 Çavuşoğlu Amerika Birləşmiş Ştatları, Rusiya, Almaniya, Fransa, İtaliya, Norveç xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirdiyini bildirdi.
 
Xarici işlər naziri: "Toplantıda  təbii ki, siyasi məsələləri qiymətləndirdik, Afrika ölkələrinə aid panellər oldu. Yenə də münaqişələrin qarşısının alınması və sülh yolu ilə həll edilməsi ilə bağlı sessiya keçirdik. Suriya məsələsi ilə əlaqədar ayrı bir iclasımız oldu" dedi.
 
 Çavuşoğl alman həmkarı Sigmar Qabriellə görüşdüyünü qeyd etdi, terrorla mübarizə məsələsində Türkiyənin tələblərini bir daha səsləndirdiyini bildirdi.
 
Xarici işlər naziri:"Türkiyədə dövlət çevrilişinə cəhd göstərən terror təşkilatının üzvü oln şəxslərin özlərinə Almaniya kimi ölkədə yer tapması həqiqətən, bizim üçün qəbul edilməzdir. Yəni buranı etibarlı bir liman olaraq görmələrinin səbəbi nədir? Niyə bura üstünlük verirlər?" dedi.
 
 Almaniyanın ev sahibliyindəki G20 iclasları mart ayında Baden Baden  şəhərində keçiriləcək Maliyyə Nazirləri Toplantısı ilə davam edəcək.
 
 İyulun 7-də Hamburqda dövlət və hökumət başçılarının sammiti keçiriləcək.



Әlaqәli Xәbәrlәr