Baş nazir Binəli Yıldırım Maltada səfərdədir

Rəsmi görüşlərdə Maltanın Avropa İttifaqına növbəti sədrliyi çərçivəsində Türkiyə-Avropa İttifaqı əlaqələri ilə regional və beynəlxalq  məsələlərin müzakirə edilməsi gözlənilir.

674182
Baş nazir Binəli Yıldırım Maltada səfərdədir

Maltanın baş naziri Cozef Muscatın dəvətilə bu ölkədə səfərdə olan baş nazir Binəli Yıldırımı paytaxt La Valletta hava limanında Maltanın nəqliyyat və infrastruktur naziri Joe Mizzi ilə Türkiyənin La Vallətta səfiri Rəha Kəskintəpə və digər rəsmi şəxslər qarşılayıblar.

Binali Yıldırımı həyat yoldaşı Səmiha Yıldırım, ailə və sosial siyasətlər naziri Fatma Bətül Sayan Kaya, Avropa İttifaqı naziri və baş müzakirəçi Ömər Çəlik, iqtisadiyyat naziri Nihat Zeybəkci, gənclər və idman naziri Akif Çağatay Kılıç, milli təhsil naziri İsmət Yılmaz və səhiyyə naziri Rəcəb Akdağ da müşayiət edir.

Rəsmi görüşlərdə Maltanın Avropa İttifaqına növbəti sədrliyi çərçivəsində Türkiyə-Avropa İttifaqı əlaqələri ilə regional və beynəlxalq  məsələlərin müzakirə edilməsi gözlənilir.

Baş nazir həmkarı Muskat ilə keçirəcəyi görüşlə yanaşı bu ölkənin prezidenti Maria Louise Koleiro Presa tərəfindən də qəbul ediləcək.

Səfər çərçivəsində iki ölkədən iş adamlarının bir araya gələcəyi forum da təşkil ediləcək.

Baş nazir Binəli Yıldırım Maltaya hərəkətindən əvvəl Ankarada Əsənboğa hava limanında  bəyanat verərək deyib ki, Malta keçmişdən bəridir Türkiyənin Avropa İttifaqına tamhüquqlu üzv olması mövzusunda müsbət siyasət yürüdür. Maltanın bu mövqeyini davam etdirəcəyinə inanırıq.

Türkiyə ilə Maltanın coğrafi yaxınlığı və siyasi əlaqələrinin müsbət yolda irəliləməsinin iqtisadiyyata da öz təsirini göstərdiyini vurğulayan baş nazir Türk iş adamlarının Maltada limanları idarə etdiklərinə, bununla yanaşı bir çox sahədə yatırımlarının olduğuna diqqət çəkib.

Baş nazir Matlaya səfəri zamanı keçiriləcək iş forumunun da ikitərəfli ticarət həcmini artıracağına inandığını qeyd edib.



Әlaqәli Xәbәrlәr