"Suriyanın Əl Bab bölgəsinə nəzarət ələ keçirilib" : Milli Müdafiə naziri Fikri Işık

Fikri Işık NATO Müdafiə Nazirləri Yığıncağına qatılmaq üçün səfərdə olduğu Belçikanın paytaxtı Brüsseldə jurnalistlərə açıqlama verib.

673982
"Suriyanın Əl Bab bölgəsinə nəzarət ələ keçirilib" : Milli Müdafiə naziri Fikri Işık

Fikri Işık NATO Müdafiə Nazirləri Yığıncağına qatılmaq üçün səfərdə olduğu Belçikanın paytaxtı Brüsseldə jurnalistlərə verdiyi açıqlamasında Əl Babın mərkəzinin terroristlərdən təmizlənməsi üçün Azad Suriya Ordusu ilə əməkdaşlıq çərçivəsində lazımlı addımların atıldığını qeyd edib.

Əl Bab təmizləndikdən sonra həyatın normallaşacağını, Əl Babdan sonra Münbiçdəki separatçı terror təşkilatı PYD / PKK mənsubu terorristlərin də çəkilməsini istədiklərini ifadə edən nazir, bununla əlaqəli ABŞ ilə  danışıqların davam etdiyini, ancaq indiyə dək istənilən nəticənin əldə edilmədiyini ifadə edərək deyib: Əl Bab əməliyyatından sonra iki prioritetimiz var. Biri Mümbiç digəri Rəqqa. PKK-nın Münbiçdə qalmasını qəbul edəbilmərik. Bu hədəfi reallaşdırmaqda qərarlıyıq”.

ABŞ Rəqqa əməliyyatına müsbət yanaşır deyən Işık, Türkiyənin bu əməliyyatın səhv aktyorlarla edilməməsini istədiklərini bildirib. Bir terror təşkilatına qarşı başqa bir təşkilatdan istifadə etməğin fəlakət doğuracağına diqqəti çəkən nazir: “Əməliyyatın uğurlu olması üçün, Rəqqa əməliyyatı terror qruplaşması olan PYD ilə yox, Ərəb ünsürlərlə əməkdaşlıq edilərək həyatı keçirilməlidir.

ABŞ Baş qərargah rəisi Cozef Dunfordun bu həftə Ankaranı ziyarət edəcəyini də xatırladan nazir, Fətullahçi Terror Təşkilatı və PYD mövzusunda Trump rəhbərliyinin rəftarının, Obama rəhbərliyi ilə eyni olmadığını, bundan sonra atılacaq addımlara görə formalaşacağını sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr