NATO Müdafiə Nazirləri yığıncağına sabah start veriləcək

Milli Müdafiə naziri Fikri Işık, sabah NATO Müdafiə nazirləri yığıncağına qatılmaq üzrə Belçikanın paytaxtı Brüsselə gedir.

672113
NATO Müdafiə Nazirləri yığıncağına sabah start veriləcək

Nazir Fikri Işık, Brüsselə səfəri çərçivəsində ikitərəfli görüşlər keçirəcək.

NATO Daimi nümayəndəliyindən məlumat alacaq olan Fikri Işık, təmasları çərçivəsində ilk olaraq İspaniya Müdafiə naziri Maria Dolores Cospedal Garcia ilə bir araya gələcək. Daha sonra İtaliyalı həmkarı Roberta Pinotti ilə görüşdükdən sonra NATO Müdafiə Nazirləri yığıncağının ilk iclasına qatılacaq.

İngiltərə Müdafiə naziri Micheal Fallon ilə də bir araya gələcək olan Fikri Işık, yığıncağın növbəti iclasına qatıldıqdan sırasıyla Fransa müdafiə naziri Jean-Yves Le Drian, ABŞ müdafiə naziri James Mattis ilə görüşəcək. Axşam NATO Qərqahında veriləcək ziyafətə qatılacaq. NATO Müdafiə nazirləri yığıncağının cümə axşamı günü baş tutacaq iclasına iştirak etdikdən sonra Gürcüstan Müdafiə naziri Levan Izoria ilə bir araya gələcək.



Әlaqәli Xәbәrlәr