Türkiyənin Milli Kəşfiyyat İdarəsinin rəhbəri Hakan Fidan Almaniyada

Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri Hakan Fidan, Almaniya Federal Kəşfiyyat İdarəsi (BND)-nin başçısı Dr. Bruno Kahlın dəvətinə görə bu ölkəyə səfərə gedib.

671251
Türkiyənin Milli Kəşfiyyat İdarəsinin rəhbəri Hakan Fidan Almaniyada

Deutsche Wellenin xəbərinə görə, Fidanın Almaniyaya səfəri çərçivəsində xarici kəşfiyyatdan məsul BND-dən başqa, daxili kəşfiyyat xidməti konstitusiyanı qoruma idarəsi (BfV)-nin prezidenti Hans-Georg Maassen ilə də  görüşü nəzərdə tutulub.

Diplomatik mənbələrə görə, iki ölkəni yaxından maraqlandıran təhlükəsizlik problemləri və təhdidlər səbəbiylə, son dövrdə kəşfiyyat və təhlükəsizlik təşkilatları arasında güçlü əməkdaşlıq edilir.

Türkiyə ilə Almaniya arasında, təhlükəsizlik və kəşfiyyat qurumları arasında baş tutan görüşlərdə Suriya mənşəli təhdidlər, xarici döyüşçülər və DEAŞ-a qarşı mübarizə mövzusu müzakirə edilir.

Hakan Fidan, Almaniyaya səfəri ərəfəsində, ABŞ-nın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA)-nin başçısı Michael Pompeo ilə Ankarada bir araya gəlmişdi.

ABŞ prezidenti Donald Trumpın Amerikan kəşfiyyat İdarələrinə DEAŞ-a qarşı mübarizə məqsədli bir plan hazırlanması mövzusunda verdiyi təlimat, son dövrdə Türkiyə ilə Rusiyanın Suriya mövzusunda atdıqları addım, Türkiyənin Suriyadakı Fərat Qalxanı əməliyyatı ilə Rəqqaya planlaşdırılan əməliyyat kimi mövzular da Hakan Fidanın səfəri çərçivəsində baş tutacaq danışıqlarda gündəmə salınacaq.

Almaniya kansleri Angela Merkelin 2 Fevralda Ankaraya reallaşdırdığı səfərirdən sonra  Hakan Fidanın, bu ölkəyə getməsi, səfərin əhəmiyyətini göz önünə sərir.



Әlaqәli Xәbәrlәr