“Prezidentlik sistemini gətirməkdə məqsədimiz…“ R.T.Ərdoğan

“İşiniz-gücünüz Rəcəb Tayyib Ərdoğandır".

670443
“Prezidentlik sistemini gətirməkdə məqsədimiz…“ R.T.Ərdoğan

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan konstitusiya dəyişikliyinin Cümhuriyyət və Demokratiya prinsiplərilə toqquşmadığını bildirib.

  O, Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları qurumunun İstanbulda təşkil etdiyi Prezidentlik Sistemi Simpoziumunda çıxış edərək deyib:

  “Məqsədimiz ölkə və millət olaraq keçmişdə yaşadığımız təcrübələr işığında özümüzə daha güclü, daha müqavimətli, hədəflərimizi reallaşdırmağa daha uyğun bir rəhbərlik sistemi qurmaqdır.

  Prezident sisteminin ən böyük zəmanəti həqiqi mənada demokratik olmasıdır. Bu sistemə millətin yarıdan çoxu səs verməzsə, ölkəni idarəetmə prinsiplərindən bir şey gözləməyə dəyməz.

  Prezident sisteminə qarşı çıxanlar səhvə yol vermiş olacaqlar. Çünki millətin sizə göstərdiyi yolu tərk etsəniz, elə millət tərəfindən başaşağı göndərilərsiniz. Ona görə mən deyirəm: “Prezident seçkisinə qarşı çıxanlar ölkə başçısı deyil, millətə qarşı çıxmış olur."

  Daha sonra Ərdoğan bu sözləri söyləyib: “İşiniz-gücünüz Rəcəb Tayyib Ərdoğandır. Amma Ərdoğan əbədi deyil, fanidir. Mənim 16 aprelə sağ çıxacağıma dair bir zəmanət varmı? Buna görə məni deyil, prezidentlik sistemini seçin. Bu, əsas mübarizədir."



Әlaqәli Xәbәrlәr