Alman məhkəməsi Türkiyə prezidentinə təhqir ehtiva edən şeir barədə qərar çıxardı

Almaniyanın Hamburq Əyalət Məhkəməsi Alman komediya aktyoru Yan Böhmermannın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan barəsində oxuduğu təhqir məzmunlu şeirinin bəzi hissələrinin oxunmasının qadağan olunması barədə qərar çıxardı.

670162
Alman məhkəməsi Türkiyə prezidentinə  təhqir ehtiva edən şeir barədə qərar çıxardı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təhqir ehtiva edən şeir qadağan  olundu.
 
 Almaniyanın Hamburq Əyalət Məhkəməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın alman komediya aktyoru Yan Böhmermannın oxuduğu təhqir məzmunlu şeirinin qadağan edilməsi tələbilə qaldırdığı iddia əsasında şeirin bəzi hissələrinin oxunmasının qadağan olunması barədə qərar çıxardı.
  
Qərara görə, komediya aktyoru Böhmermann Türkiyə  prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında təhqir məzmunlu şeirin bəzi hissələrini oxuya bilməyəcək. Qərarın şikayətə açıq olduğu bildirildi.
 
 Qeyd edək ki, Böhmermann 31 mart 2016-cı ildə Almaniyanın ZDF televiziya kanalında yayımlanan "ZDF Neo Royal" proqramında prezident Ərdoğan haqqında təhqir məzmunlu şeir oxuyub.

 Türkiyə aktyorun Alman Cinayət Məcəlləsinin 103-ci maddəsi ilə mühakimə olunması üçün Almaniyaya nota verib.
 
 Prezident Ərdoğanın vəkili Michael-Hubertus von Sprenger şeirin bütünlüklə qadağan olunmasını tələb edib.



Әlaqәli Xәbәrlәr