Referendum nə zaman keçiriləcək?

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan konstutisiyaya edilən dəyişiklik təklifini təsdiqləyib.

669739
Referendum nə zaman keçiriləcək?

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan konstutisiyaya edilən dəyişiklik təklifini təsdiqləyib.

Cümhurbaşqanlığı mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, Dövlət başçısı Ərdoğan “Türkiyə Cümhuriyyəti Konstitusiyasında Dəyişikliyi nəzərə alan Qanunu” referenduma təqdim edilmək üzrə yayımlanması üçün Baş Nazirliyə göndərib.

Baş nazirin müavini Numan Kurtulmuş Türkiyədə böyük ehtimalla aprelin 16-da konstitusiyada dəyişiklik üçün referendum keçiriləcəyini söyləyib.

N.Kurtulmuş Afyon şəhərində bəyanat yayaraq deyib ki, Cənab Dövlət başçımızın Konstitusiyada  ediləcək dəyişikliyə dair qanunu təsdiq etməsi ilə indi diqqət mərkəzində Yüksək Seçki Şurası var. Yüksək Seçki Şurası ehtimal ki, 16 aprel tarixini uyğun görərək 60 gün ərzində referendum keçirilməsilə ilə əlaqəli qərarını qarşıdan gələn günlərdə verəcəkdir.

Təklif referendumda da qəbul ediləcəyi təqdirdə millət vəkili sayı 550-dən 600-ə çıxarılacaq, millət vəkili seçilə bilmə yaşı 25-dən 18-ə endiriləcək.

Türkiyə Böyük Millət Məclisi (TBMM) və prezident seçkiləri 5 ildən bir həmin gün keçiriləcək.

Prezident seçiləcək şəxs partiyası ilə əlaqəsini davam etdirəcək.



Әlaqәli Xәbәrlәr