ABŞ-ın vitse-prezidenti Mayk Pens Baş nazir Binəli Yıldırıma başsağlığı verib

Baş nazir Binəli Yıldırım ABŞ-ın vitse-prezidenti Mayk Pens (Mike Pence) ilə telefonla danışıb.

669343
ABŞ-ın vitse-prezidenti Mayk Pens Baş nazir Binəli Yıldırıma başsağlığı verib

Baş nazir Binəli Yıldırım ABŞ-ın vitse-prezidenti Mayk Pens (Mike Pence) ilə telefonla danışıb.

Səmimi atmosfərdə baş tutan telefon danışığında başda hərbi, təhlükəsizlik və terrorla mübarizə mövzuları olmaqla müttəfiqlik və tərəfdaşlıq əsasında ikitərəfli əlaqələr müzakirə edilib.

İki ölkə arasındakı əməkdaşlığın qarşıdakı dövrdə gücləndirilməsi və məsələrlə əlaqəli olaraq səhv başa düşümələrin aradan qaldırılması barədə razılıq əldə edildiyi görüşdə Pens iki ölkə arasındakı əlaqələr üçün “yeni bir gün” ifadəsini dilə gətirib.

Mayk Pens həmçinin dünən Suriyanın Əl-Bab bölgəsində  şəhid olan Türk əsgərləri üçün başsağlığı verib və terrorla mübarizədə Türkiyənin yanında olacaqlarını vurğulayıb.

Baş nazir Binəli Yıldırım da Pensə başbağlığı diləkləri üçün təşəkkür edib və yeni vəzifəsinə görə onu təbrik edib.

Baş nazir Türkiyənin bir sıra regional məsələlərdəki mövqeyini, yeni rəhbərlik ilə yaxın əməkdaşlıq içində çalışma istəyi və iradəsini dilə gətirib.



Әlaqәli Xәbәrlәr