Milli müdafiə naziri Fikri İşıq Səudiyyə Ərəbistanı Krallığında səfərdədir

Milli müdafiə naziri Fikri İşıq Səudiyyə Ərəbistanı müdafiə naziri vəliəhd şahzadə Məhəmməd Bin Salman Bin Əbdüləziz al Suudun dəvətinə görə Riyada səfər edib.

668592

Nazir Rayadda fəaliyyət göstərən Türkiyənin müdafiə sənaye firmasını da ziyarət edib.

Firmada tədqiqatlar aparan nazir daha sonra həmkarı Məhəmməd Bin Salman Bin Əbdüləziz al Suud ilə bir araya gəlib.

Mətbuata qapalı keçirilən görüşdə iki ölkə arasındakı əlaqələr, terrora qarşı əməkdaşlıq kimi mövzular müzakirə edilərək, Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın gələcək həftə bu ölkəyə reallaşdıracağı səfərin əhəmiyyətinə toxunulub.

Әlaqәli Xәbәrlәr