Türkiyə Kabildə törədilən terror hücumunu qınadı

Türkiyə Əfqanıstanın paytaxtı Kabildə  Konstitusiya Məhkəməsinin avtoparkında  təşkil olunan canlı bomba hücumunu qınadı.

667467
Türkiyə Kabildə törədilən terror hücumunu qınadı

  Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Kabildə  Konstitusiya Məhkəməsi binasının çıxışında törədilən terror hücumunda çox sayda insanın həlak olduğu və yaralandığı barədə xəbərin böyük kədərlə qarşılandığı bildirilir.
 
 Bəyanatda sözügedən terror təcavüzünün şiddətlə qınandığı ifadə edilir, hücumda həyatını itirənlərə Allahdan rəhmət dilənərək Əfqanıstan hökumətinə və qardaş Əfqan xalqına dərin hüznlə başsağlığı verilir, yaralananlara şəfalar arzu edilir və:"Bu mənfur terror hücumunun Əfqanıstanı sabitlik və inkişaf yolundan döndürə bilməyəcəyinə inanır, Türkiyənin Əfqan Hökumətinin terrorla mübarizəsinə dəstəyini bir daha təsdiq edirik" deyilir.



Әlaqәli Xәbәrlәr