R.T.Әrdoğan:‘‘Efiopiya FETÖ-nün cani üzünü görәn dostlarımızdandır’’

Efiopiya  prezidenti Virtu dövlәt başçısı Rәcәb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya sәfәr edib.

667723
R.T.Әrdoğan:‘‘Efiopiya FETÖ-nün cani üzünü görәn dostlarımızdandır’’

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan  Fetullahçı Terror Təşkilatı Paralel Dövlət İdarәçiliyinin  (FETÖ/PDY) Efiopiyadakı məktəblərinin Maarif fonduna təhvil veriləcəyini açıqlayan Efiopiya prezidenti Mulatu Teşome Virtuya FETÖ-nün cani üzünü gördüyü üçün təşəkkür edib.

Efiopiya  prezidenti Virtu dövlәt başçısı Rәcәb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya sәfәr edib.

Virtu  iyulun 15-dә dövlәt çevrilişinә cәhd zamanı F-16 tipli  tәyyarәlәr tәrәfindәn  bombalanan və ziyan görən Türkiyə Böyük Millət Məclisinә  baxış keçirib.

Mulatu Teşome Virtu TBMM-nin sәdr müavini  Əhməd Ziya ilə də görüşüb.

Əhməd Ziya  Türkiyə-Efiopiya münasibәtlәrinin dәrin  tarixi köklәrә әsaslandığını  bildirib.  

Çankaya Köşkündə baş nazir Binәli Yıldırımla da  görüşən Virtu daha  sonra Prezident İqamәtgahında dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan  tərəfindən qarşılanıb.

İki lider görüş zamanı  beynəlxalq məsələləri və ikitərəfli münasibәtlәri qiymətləndirib.

Görüşdәn sonra birgә mәtbuat konfransı keçirilib.

FETÖ-nün Efiopiyadakı mәktәblәrinin bağlanılacağını bildirәn Virtuya tәşәkkür edәn Әrdoğan: ''Efiopiya FETÖ-nün cani üzünü, bəşəriyyət üçün təşkil etdiyi böyük təhdidi görən dostlarımızdandır. Bu məsələ ilə əlaqədar әl birliyi ilə lazım olan addımları atırıq. FETÖ-nü yalnız Efiopiyadan deyil, sirayət etdiyi digər region ölkələrindən də təmizləmə məsələsində qərarlıyıq"  deyә bildirib.

Efiopiya Prezidenti Virtu isә öz növbәsindә  iyulun 15-dә nümayiş etdirdiyi liderliyә görә dövlәt başçısı Rәcәb Tayyib Әrdoğanı tәbrik etdi..



Әlaqәli Xәbәrlәr