Putin "Türk axını" ilə bağlı müqavilənin ratifikasiyası haqqında qanunu imzaladı

Rusiya prezidenti Vladimir Putin "Türk Axını"  təbii qaz kəməri layihəsinə dair müqaviləni ratifikasiyası haqqında qanunu təsdiq etdi.

667482
Putin "Türk axını" ilə bağlı müqavilənin ratifikasiyası haqqında qanunu imzaladı

 Rus dövlətinin rəsmi sənədilərini yayan internet portalındakı sərəncama görə, Putin "Türk Axını" layihəsinə dair Türkiyə və Rusiya arasında hökumətlərarası müqaviləni imzalayıb.
 
 Türkiyə Böyük Millət Məclisində dekabrın 2-də qəbul edilmiş müqavilə Duma tərəfindən yanvarın 20-də, Federasiya Şurasında isə fevralın 1-də təsdiq olunub.
 
 Layihə çərçivəsində hər biri 15,75 milyard kubmetr həcmə malik iki boru xəttinin inşası planlaşdırılır.
 
 İlk xətlə Türkiyəyə, ikinci xətlə isə lazımi təminatların verilməsi halında Avropaya qaz nəqli nəzərdə tutulur.



Әlaqәli Xәbәrlәr