Yunanıstanda Türkiyə səfirliyinə boya şüşələri ilə hücum edilib

Hadisə şahidlərinin sözlərinə görə, gənclərdən ibarət qrup DHKP-C terror təşkilatının şüarlarını səsləndirərək səfirlik binasından uzaqlaşıblar.

665958
Yunanıstanda Türkiyə səfirliyinə boya şüşələri ilə hücum edilib

Türkiyənin Yunanıstandakı səfirliyi boya şüşələri ilə "atəşə tutulub”. 
Məlumata əsasən, əlində qırmızı və qara rənglərlə dolu butulka olan səkkiz nəfərdən ibarət qrup səfirlik binasına yaxınlaşaraq boya şüşələrini binanın divarına və kandarına atıblar. 

Hadisə şahidlərinin sözlərinə görə, gənclərdən ibarət qrup DHKP-C terror təşkilatının şüarlarını səsləndirərək səfirlik binasından uzaqlaşıblar.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. 



Әlaqәli Xәbәrlәr