İki ölkə arasında səhiyyə xidmətləri sahəsində əməkdaşlıq

Bütün iş prosesi xüsusi bir şirkət tərəfindən həyata keçiriləcək.

666203
İki ölkə arasında səhiyyə xidmətləri sahəsində əməkdaşlıq

Türkiyədən xəstələrin Kubadakı səhiyyə xidmətlərindən istifadə edə bilmələri üçün iki ölkə arasında müqavilə imzalanıb.

Buna görə, Türk xəstələrin Kubada yol və qalma daxil ehtiyac duyacaqları bütün iş prosesi xüsusi bir şirkət tərəfindən həyata keçiriləcək.

Xəstələrin ölkəyə səyahəti Türk Hava Yolları tərəfindən təmin ediləcək. Türk Hava Yollarının 2016-cı il dekabr ayından bəridir İstanbuldan Kubanın paytaxtı Havanaya birbaşa uçuşu var.

Kubanın Ankara səfiri Alberto Qonzales Casals Kubanın xüsusilə  döş xərçəngi sahəsində təqdim etdiyi səhiyyə xidmətlərinin keyfiyyətini və bu sahədə inkişaf etmiş biotexnologiyanı vurğulayaraq, Kuba Səhiyyə Nazirliyi Səhiyyə Xidmətlərinin (SMC) xarici xəstələrə 250 müalicə proqramı təqdim etdiyini xatırladıb.



Әlaqәli Xәbәrlәr