Şübhəli terror təşkilatı DAEŞ-ın üzvüdür

Şübhəlilər arasında təcavüzkar Əbdülqədir Masharipovun yoldaşı Zarina N. də var.

665076
Şübhəli terror təşkilatı DAEŞ-ın üzvüdür

  Yeni il gecəsi İstanbulun Ortaköy rayonundakı gecə klubunu hədəfə alan terror hücumuyla əlaqədar istintaq davam edir.

  Nəzarətə alınan 11 şübhəli həbs tələbiylə məhkəməyə göndərilib. Şübhəlilər arasında təcavüzkar Əbdülqədir Masharipovun yoldaşı Zarina N. də var. Prokurorluğun hakimliyə göndərdiyi yazıda şübhəlinin terror təşkilatı DAEŞ üzvü olduğu bildirilir.

  Xatırladaq ki, hücumdan sonra İstanbul, Bursa, Konya və İzmirdə də əməliyyatlar təşkil edilib və çox sayda adam nəzarətə alınıb.

  Terrorçu Əbdülqədir Masharipovun istintaqı hələ davam edir.



Әlaqәli Xәbәrlәr