Fərat Qalxanı Harekatı  çərçivəsində  daha  47 terrorist məhv edilib

Fərat Qalxanı Harekatının 163-cü günündə terror təşkilatı DEAŞ mənsubu 47 terrorist zərərsizləşdirilib.

664532
Fərat Qalxanı Harekatı  çərçivəsində  daha  47 terrorist məhv edilib

Türk Silahlı Qüvvətləri (TSQ) -nin, Suriyanın şimalındakı terroristlərə məxsus hədəflərə istiqamətli davam edən Fərat Qalxanı Harekatının 163-cü günündə terror təşkilatı DEAŞ mənsubu 47 terrorist zərərsizləşdirilib.

Baş qərargah rəisliyinin məlumatına görə TSQ-nin DEAŞ başda olmaqla terror təşkilatlarının yaratdığı təhdidə son qoymaq, hüdud təhlükəsizliyini gücləndirmək və koalisiya qüvvələrinə dəstək məqsədilə 24 avqust 2016-da başladılan hərəkat davam edir. Əməliyyatın 164-cü günündə terror təşkilatı DEAŞ-a aid 135 hədəf bombalanıb. Türk Hava Qüvvələrinə məxsus qırıcılar Əl Bab və Bzagah bölgələrində DEAŞ-ın sığınma məqsədli istifadə etdiyi 45 bina, 5 qərargah binası, bomba yüklü 3 maşın, silah ilə təchiz edilmiş 2 hərbi texnika və hərbi-sursat anbarı dağıdılıb. Koalisiya qüvvələrinin eyni bölgədə həyata keçirdikləri aviahücumlar nəticəsində isə bir çox hədəf yerlə yeksan edilib. Terror təşkilatından azad edilən ərazilərdə tapılan müxtəlif silah və partlayıcılar məhv edilib.

 



Әlaqәli Xәbәrlәr