Angela Merkel bu gün Türkiyəyə səfər edəcək

Almaniya kansleri Angela Merkel  bu gün  Türkiyəyə səfər edəcək.

663579
Angela Merkel  bu gün  Türkiyəyə səfər edəcək

Türkiyәnin dövlәt başçısı Rəcəb Tayyib Ərdoğan Angela Merkeli  Prezident İqamәtgahında  qəbul edəcək.

Angela Merkellə baş nazir Binәli Yıldırım da  Çankaya Köşkündə bir araya gələcək və birgə mətbuat konfransı keçirəcəklәr.

Mәlumata görә, Angela Merkel  Fәtullahçı Terror Tәşkilatı Paralel Dövlәt İdarәçiliyinin  ( FETÖ/PDY) iyulun 15-dә hәyata keçirdiyi dövlәt çevrilişi cәhdi  zamanı  bombalanan  parlament binasına da  baxış keçirәcәk.

Almaniya kansleri Angela Merkelin işgüzar səfəri çәrçivәsindә  Türkiyə-Almaniya münasibətləri və əməkdaşlığı,  terrorla  mübarizə, miqrasiya, Kıbrıs mәsәlәsi vә Türkiyə-Avropa İttifaqı münasibәtlәrinin müzakirә olunması gözlәnilir.



Әlaqәli Xәbәrlәr