“Trumpın 7 müsəlman ölkə ilə əlaqəli qərarı qəbul edilməzdir”

Baş nazir müavini Numan Kurtulmuş ‘ABŞ-nın yeni prezidenti Donald Trumpın 7 Müsəlman ölkə ilə əlaqəli qərarının qəbul edilməz olduğunu bildirib.

662379
“Trumpın 7 müsəlman ölkə ilə əlaqəli qərarı qəbul edilməzdir”

Numan Kurtulmuş ‘Habertürk’ qəzetinə verdiyi açıqlamada, qərarıi qəbul edilməz olduğunu ifadə edərək: “Qərarın arxasında son zamanlarda xüsusilə Qərb dünyasında artan İslamofobiya, immiqrant əleyhdarlığ, xarici düşmənliyi təsirinin olmasını təəssüflə qarşılayırıq. Fərqli dinlərə və etnik qruplara mənsub insanların yaşadığı bir ölkədə belə bir qərarın qəbul edilməsi təhqir edicidir. Doğru deyil. İnsanlar arasında ayrı-seçkilik yaradan bir qərardır. Qərarla əlaqəli lazımlı dəyişikliklərin təcili olaraq edilməsini təmənni edirəm” deyə vurğulayıb.

Heç bir ölkənin vətəndaşı kategorik olaraq pis olabilməz deyən Kurtulmuş, hər ölkənin vətəndaşları arasında yaxşı insanlar olduğu kimi qanunlara hörmət göstərməyən insanların da ola biləcəyini, bu səbəbdən demokratik dövlətlərin və beynəlxalq ictimaiyyətin əsas öhdəliyi, belə qeyri-qanuni və ya terrorla əlaqədar insanlara qarşı bir network (şəbəkə) yaradaraq və bunlara qarşı mübarizədə beynəlxalq koalisiyasını gücləndirərək lazımlı tədbirləri görmək olduğunu qeyd  edib.

Kurtulmuş : “ABŞ və digər bütün Qərb ölkələr   bu  tədbirləri  həyata  keçirməkdə   imtina  etməməlidilər,  Təəssüf ki, hazırda bir-biriylə paralel fəaliyyət göstərən iki qaranlıq otaq var. Biri İslamofobiya və xarici düşmənliyi, digəri isə məsum insanları qətl edən DEAŞ və buna bənzər başqa terror təşkilatları və bunlara dəstək verənlərdir. Bunların məqsədi eynidir. İkisi də Bir milyard 700 milyon müsəlmana həyatı zəhər edir. Bu təhlükə qarşısında etinalı addımlar atılmalıdır” deyə  bildirib.



Әlaqәli Xәbәrlәr