ABŞ-na, quldurbaşı Gülən ilə əlaqəli yeni dəlillər göndərib

Türkiyə, 15 İyulda çevrilişə cəhd edən Fətullahçi Terror Təşkilatı (fəto)-nun quldurbaşı Fəthullah Gülənin ekstradisiya edilməsi tələbi ilə əlaqəli ABŞ-a əlavə və yeni dəlillər təqdim edib.

661486
ABŞ-na, quldurbaşı Gülən ilə əlaqəli yeni dəlillər göndərib

İzmir Respublika Prokurorluğunun hazırladığı fəto iddianaməsinə salına gizli şahidlərin, çevrilişin Gülənin təlimatıyla hazırlanıb təsdiq edildiyini ortaya qoyan ifadələri, əlavə dəlil olaraq ABŞ Ədliyyə Nazirliyinə göndərilib. Prokurorluq iddianaməsinə 'Kuzgun' adı ilə salınan məxfi şahid ifadəsində, çevriliş cəhdini planlaşdıranlardan Türk Silahlı Qüvvələrinin mülki imamı Adil Öksüzün, çevriliş planının 12 İyulda Gülənə təsdiq etdirdikdən sonra həyata keçirildiyini bildirib.

Kod adı 'Şapka' olan məxfi şahid də ifadəsində zərbə planının Gülənin təlimatıyla paytaxt Ankarada bir villada hazırlandığını və təsdiq etməsi üçün Adil Öksüz tərəfindən ABŞ-a aparıldığını qeyd edib.

‘Şapka’ ifadəsində: “İzmirdə çevrilişə müxalifət edəcəkləri ehtimal olan generalların siyahısı və bu generalların saxlanmaları üçün vəzifələndirilmiş personalın siyahısının bizə çatdırılacağı bildirildi. 13 iyul günü saat 16.00-da siyahı əlimizə çatdı. Beləcə 15 İyulda çevriliş olacağını iki gün əvvəl öyrəndik.

Digər tərəfdən ABŞ-ın, 15 iyul çevriliş cəhdini planlaşdıranlardan Adil Öksüzün ölkəyə gediş-gəliş tarixləri haqqında məlumat tələbinə də göndərilən yeni faylda,  ǝtraflı   cavab verilib.  Öksüzün ABŞ-a daxil olduğu və ya oradan ayrıldığı, TK və kreslo nömrələri  belə  bildirilib.



Әlaqәli Xәbәrlәr