Rus səfirini öldürən sui-qəsdçinin məktubları

19 dekabr 2016-cı ildə Ankarada uğradığı sui-qəsd nəticəsində həyatını itirən Rusiyanın Türkiyə üzrə səfiri Andrey Karlovun ölümü ilə bağlı istintaq davam edir.

660906
Rus səfirini öldürən sui-qəsdçinin məktubları

  Türkiyə - Rusiya əlaqələrinə zərbə məqsədi daşıyan Karlov sui-qəsdini törədən cinayətkarın qaldığı evlərdə ələ keçirilən kompüter və cib telefonu araşdırılır. Məlum olub ki, saat 19.41-də öldürülən sui-qəsdçi - keçmiş polis məmuru Mevlüt Mert Altıntaşın e-mailləri təxminən 2 saat sonra - 21.30-da dönməz şəkildə silinib.

  Ankara Respublika Prokurorluğunun üzərində dayandığı ikinci adam şübhəsi bu detalla güclənmiş olub. Prokurorluq indi Altıntaşın hesabına kimin girdiyi və e-mail məktiblarının kimin tərəfindən silindiyini tapmaq üçün istintaqı dərinləşdirib: Amerika Birləşmiş Ştatlarının e-poçt şirkətindən mesajların hamısı istənilib.

  Altıntaş ilə eyni polis məktəbində oxuyan, adı FETÖ ilə əlaqəli olduğu güman edilən 4 polis də nəzarətə alınıb.



Әlaqәli Xәbәrlәr