Son əməliyyatda 57 terrorçu məhv edildi

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında yerləşən Metina bölgəsinə təşkil etdiyi hava hücumunda 57 terrorçu zərərsizləşdirilib, xeyli sayda terroçu isə yaralanıb.

660614
Son əməliyyatda 57 terrorçu məhv edildi

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında yerləşən Metina bölgəsinə təşkil etdiyi hava hücumunda 57 terrorçu zərərsizləşdirilib, xeyli sayda terroçu isə yaralanıb.

Baş Qərargah Rəisliyi 13-14 yanvar tarixlərində Metina bölgəsinə istiqamətli həyata keçirilən əməliyyatın nəticələrinə dair açıqlama yayıb.

Terror təşkilatına məxsus qərargah, silah anbarı və sığınacaq yerləri kimi istifadə edildiyi müəyyənləşdirilən yer altı sığınacaq yeri, mağara və binaların məhv edildiyi açıqlanıb.

Digər tərəfdən İstanbulda terror təşkilatı DEAŞ-a istiqamətli əməliyyatda saxlanılan və təşkilatın Taciq, Özbək, Uyğur və Qazax hücrələrindən məsul dırnaqarası əmiri olduğu müəyyən edilən bir nəfərin də aralarında olduğu 5 nəfər saxlanılıb.

Terror hücumu həyata keçirmək üçün hazırladıqları bombaları İraqdan Suriyaya göndərdikləri müəyyən edilən terror təşkilatı DEAŞ üzvü 3 terrorçu da Samsun şəhərində saxlanılıb.

Terrorçu olduqlarında şübhəli bilinərək saxlanılan 3 nəfərin qardaş olduqları və Mosulda bir bomba fabrikində idarəçi kimi işlədikləri açıqlanıb. Onlar saxlanılaraq həbsxanaya göndərilib.



Әlaqәli Xәbәrlәr