Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan təyyarədə jurnalistlərə açıqlama verdi

Şərqi Afrika turundan qayıdan Rәcәb Tayyib Әrdoğan  təyyarədə gündəmə dair açıqlama verib.

660004
Dövlәt başçısı  Rәcәb Tayyib Әrdoğan təyyarədə jurnalistlərə açıqlama verdi

Türkiyәnin dövlәt başçısı  Rəcəb Tayyib Ərdoğan  Afrika ölkələrinə gerçəkləşdirdiyi səfərlərin iqtisadi münasibәtlәr ilә  yanaşı Fetullahçı terror təşkilatı ilə (FETÖ) mübarizə baxımından da əhəmiyyətli olduğunu deyib.

Şərqi Afrika turundan qayıdan Rәcәb Tayyib Әrdoğan  təyyarədə gündəmə dair açıqlama verib.

Ərdoğan: "Şərqi Afrikadakı bu ölkələr FETÖ-nun fәaliyyәt göstәrdiyi  mәrkәzdir.  Yerlәşdiklәri әn  mühüm yerlərdən biri də cənubi Afrikadır. Ümid edirəm ki,  oraya da gedəcəyik’’deyib.

Dövlәt başçısı  Amerika Birləşmiş Ştatlarının prezidenti  Donald Trumpla   başda Orta Şərq və FETÖ mövzusu olmaqla Türkiyə - ABŞ münasibətlərini qiymәtlәndirdiklәrini  qeyd edib.

Rәcәb Tayyib Ərdoğan Trumpla keçirdiyi telefon danışığından sonra tez bir zamanda  bir araya gəlməyi gözlədiklərini qeyd edib.

Görüşdə  müzakirә olunacaq әn әhәmiyyәtli mövzülar arasında  Türkiyə - ABŞ münasibәtlәrinin olduğunu  vurğulayan dövlәt başçısı: "Müzakirә olunacaq  digәr vacib mәsәlә isә Orta Şarqdir’’ deyib.

Tramp ilә keçirәcәklәri ikitәrәfli görüşdә FETÖ-nun başçısı ilә bağlı mәsәlәnin dә müzakirә olunacağını qeyd edәn dövlәt başçısı: ‘‘Bu mәsәlә müzakirә edәcәyimiz әn әhәmiyyәtli mövzu olacaq. Arzumuz  bu işin әn yaxın zamanda  sonlandırılmasıdır’’ deyib.

Ölkә daxilindәki  siyasәti dә qiymәtlәndirәn dövlәt başçısına  referandumdan sonra Әdalәt vә İnkişaf Partiyasının sәdrliyinә geri qayıdıb qayıtmayacağı ilә bağlı  sual verilib.

Rәcәb Tayyib Ərdoğan: ‘‘ Növbәdәnkәnar  seçkilәr  keçirilmәyәcәk. Mühüm olan millәtin qәrarıdır. Xalqın qәrarını gördükdәn sonra bu mövzular qiymәtlәndirilә bilәr’’ deyib.

Fövqәladә vәziyyәt rejiminin referendumun keçirilmәsinә mane olmayacağını deyәn dövlәt başçısı: ‘‘Biz hakimiyyәtә gәlmәzdәn әvvәl dә fövqәladә vәziyyәt rejimi vardı. Seçkilәr o şәraitdә keçirildi’’ deyib.



Әlaqәli Xәbәrlәr