İngiltərə və Almaniya liderləri Türkiyəyə gəlir

Əvvəlcə - şənbə günü İngiltərənin Baş naziri Tereza Mey, sonra - fevral ayının ilk günlərində isə Almaniya kansleri Angela Merkel paytaxt Ankarada olacaq

659256
İngiltərə və Almaniya liderləri Türkiyəyə gəlir

  Türkiyə Avropanın qabaqcıl iki ölkə liderlərini qarşılamağa hazırlaşır.

  Brexitlə gündəmdə olan İngiltərənin Baş naziri Teresa Mey şənbə günü paytaxt Ankarada ölkə başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək, sonra Baş nazir Binəli Yıldırımla görüşəcək. Söhbətdə əsasən Brexit, Türkiyə ilə İngiltərə arasındakı ticarət əlaqələri və terrorla mübarizə mövzuları danışılacaq.

  Ankara İngiltərə Baş nazirindən sonra Almaniyanın kansleri Angela Merkeli qəbul edəcək. Onun türkiyəli həmkarı Binəli Yıldırımla ikitərəfli görüşündən sonra heyətlər bir araya gələcək.

  Merkelin Rəcəb Tayyib Ərdoğan tərəfindən də qəbul edilməsi gözlənilir.

  Gündəmdə qaçqın böhranının həlli, regional problemlər, terrorla mübarizədə əməkdaşlıq və iqtisadiyyat mövzuları müzakirə olunacaq.



Әlaqәli Xәbәrlәr