Angela Merkel Türkiyəyə səfər edəcək

Almaniya kansleri Angela Merkelin Türkiyə səfərinin gündəmində qaçqın böhranının həlli, regional problemlər, terrorla mübarizədə əməkdaşlıq və iqtisadiyyat məsələləri yer alır.

659753
Angela Merkel Türkiyəyə səfər edəcək

Almaniya kansleri Angela Merkel fevralın 2-də Türkiyəyə səfər edəcək.
 
 Merkelin gündəmində qaçqın böhranının həlli, regional problemlər, terrorla mübarizədə əməkdaşlıq və iqtisadiyyat məsələləri yer alır.

Merkelin səfəri çərçivəsində baş nazir Binəlı Yıldırım ilə təkbətək görüş və heyətlərarası görüşlər  nəzərdə tutulur.
 
 Almaniya kanslerinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən də qəbul edilməsi gözlənilir.
 
 Almaniyada sentyabr ayında keçiriləcək ümumi seçkilərdə 4-cü dəfə namizəd olan Angela Merkelin gündəm maddələri arasında qaçqın böhranının həlli ilə bağlı əməkdaşlıq məsələsi mühüm yer tutur.
 
Dəfələrlə tənqidlərə məruz qalmasına baxmayaraq bu günə qədər qaçqınlar üçün açıq qapı siyasətini müdafiə edən, qaçqın böhranının ancaq Türkiyə ilə əməkdaşlıq etməklə həll edilə biləcəyini qeyd edən Merkel, ümumiyyətlə, seçki ərəfəsində bu siyasətinin uğurlarını ictimaiyyətə göstərməyi qarşısına məqsəd qoymuşdur.
 
 Almaniya kanslerinin səfərində müzakirə olunması gözlənilən digər bir əhəmiyyətli gündəm maddəsini  təhlükəsizlik və terrorizmlə mübarizədə təşkil edir.
 
Türkiyə separatçı terror təşkilatı PKK-nın Almaniyada təbliğatının və maliyyə fəaliyyətlərinin qarşısının alınmasını tələb edir.
 
 Merkelin Ankara səfəri günlərində Almaniyadan yüksək səviyyəli bir heyət də Türkiyəyə gələrək təhlükəsizlik məsələlərini müzakirə edəcək.
 
  Türkiyə Fətullahçı Terror Təşkilatının (FETÖ) Almaniyadakı fəaliyyətlərinin dayandırılmasını, 15 iyul dövlət çevrilişi cəhdindən sonra Almaniyaya qaçan FETÖ üzvlərinin ekstradisiya edilməsini tələb edir.
 
 Angela Merkelin səfərində iki ölkə araslnda iqtisadi və ticari əlaqələrin inkişafı, Almaniyanın ən böyük ticarət tərəfdaşlarından olan Türkiyədə investorların problemləri, gözləntiləri, investisiyaların təbliği məsələləri də müzakirə olunacaq.



Әlaqәli Xәbәrlәr