Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Tanzaniyada səfərdədir

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Şərqi Afrikaya səfərinin ilk dayanacağı Tanzaniyadadır.

656853
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Tanzaniyada səfərdədir
cumhurbaşkanı tanzanya işadamları.jpg
cumhurbaşkanı tanzanya halk.jpg

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Şərqi Afrikaya səfərinin ilk dayanacağı Tanzaniyadadır.

Dövlət başçısını paytaxt şəhərdəki hava limanında ölkənin baş naziri Kassim Majaliwa, Türkiyənin səfiri Yasəmin Əralp və səfirlik mənsubları qarşılayıb.

Dövlət başçısı Ərdoğan əllərində Türk və Tanzaniya bayraqları ilə onu qarşılayan coşğulu xalqla söhbət edib, daha sonra Xarici İqtisadi Əlaqələr Qrupunun təşkil etdiyi yığıncaqda Türk iş adamları ilə bir araya gəlib.

Mətbuata qapalı baş tutan yığıncaqda xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybəkçi, enerji və təbii sərvətlər naziri Bərat Albayrak, yığıncağı təşkil edən qrupun sədri Ömər Cihad Vardan ilə xeyli sayda iş adamı da iştirak edib.

Rəsmi görüşlər isə bugün keçiriləcək.

Dövlət başçısını ölkə prezidenti John Pombe Joseph Magufuli İkulu Dövlət Sarayında rəsmi mərasimlə qarşılayacaq.

İki ölkə dövlət rəhbərlərinin təkbətək görüşündən sonra başçılıq edəcəkləri heyətlərarası görüşlər keçiriləcək.

Müxtəlif sahələrdə imzalanacaq razılaşmalardan sonra birgə mətbuat konfransı təşkil ediləcək.

Dövlət başçısı Ərdoğan Tanzaniyadakı görüşlərindən sonra Şərqi Afrika turunun ikinci dayanacağı Mozambikə gedəcək.



Әlaqәli Xәbәrlәr