Rǝqǝmsǝl oyunlarla islamofobiya yayılır

Rəqəmsal oyunlar, İslamofobiyanın yayılmasında vasitə kimi istifadǝ edilir.

655108
Rǝqǝmsǝl oyunlarla islamofobiya yayılır
bilgisayar oyunlarında islamafobi4.jpg
bilgisayar oyunlarında islamafobi3.jpg
bilgisayar oyunlarında islamafobi2.jpg

Gənclik və İdman Nazirliyinin “Kompüter Oyunlarında İslamofobiya” mövzulu araşdırmasında, İslamı zǝiflǝtmǝk üçün səfərbərlik elan edildiyinǝ diqqǝt çǝkilib.

Araşdırmaya görǝ, müsəlmanlara qarşı qorxunu sabitlǝşdirmǝk, kin-küdrǝt və düşmənçiliyin normal qǝbul edilmǝsi fikrini mǝnimsǝdmǝk uğrunda bir-birindǝn fǝrqli yollar sınanır. Televiziya, kino, kompüter, planşetlǝr, smartfonlar vasitəsi ilə gənclǝrǝ bir sıra şüuraltı mǝnfi mesajlar çatdırılır. Hörmətsizlik və təhqir ölçüsünə çatan bu mesajlar daha aydın vǝ aşkar tǝrzdǝ çatdırıldıqda, mədəniyyət, ənənə, milli və əxlaqi faktlar, bunların mǝnimsǝnmǝsinǝ mane olabilǝr. Bu sǝbǝblǝ dǝ oyun prodüserləri, mesajları; (Görünüş, səs və s.), olaraq bir-birindǝn fǝrqlǝndirilmǝyǝcǝk üslubda çatdırmağgı seçirlǝr. Budur ki, İslam və müsəlman düşmənliyi ilə təchiz edilən rəqəmsal oyunlar, İslamofobiyanın yayılması mövzusunda vasitə kimi istifadə edilir. Bunun ǝsas sǝbǝbi isǝ oyunçuların rəqəmsal oyunlarda Baş qǝhrǝman olmaları və oyunda fǝal rol götürmǝlǝridir.

Şǝxs bir film izlərkən , rolu terrorist olan şǝxsin öldürülməsinə şahid olur. Lakin rəqəmsal oyun oynayarkən, əsgər rolundakı biri, özünǝ terrorist olaraq tǝqdim edilǝn müsǝlmanı öldürür və öldürdüyü Müsəlman sayı qədər mükafat vǝ ya xal qazanır. Bütün bunlar da göstǝrirki, sürətlə yayılan kompüter oyunlarında, “Müsəlmanlar öldürülür” vǝ “İslam düşmənliyi” qızışdırılaraq təlqin edilir.

Nazirlik mövzuyla əlaqədar www.oyunlardaislamofobi.com saytını isteifadǝyǝ verǝrǝk, İslamofobiya haqqında aydınlaşdırıcı mǝlumat çatdırır.

Nazirliyin intirnet saytı, xain fikirlǝrin tǝlqin edildiğinin fərqində olmayan oyunçular, valideynlər və gəncləri xǝbǝrdarlıq etmǝk vǝ onları İslamofobiyadan qorumağı mǝqsǝd götürüb.

 



Әlaqәli Xәbәrlәr