Konstitusiyaya dəyişikliyin 2-ci turu

Türkiyədə konstitusiyaya dəyişikliklə bağlı görüşlərin ikinci turunun  ilk günü  dünәn tamamlanıb.

654544
Konstitusiyaya dəyişikliyin 2-ci turu

Türkiyədə konstitusiyaya dəyişikliklə bağlı görüşlərin ikinci turunun  ilk günü  dünәn tamamlanıb.

Türkiyə Böyük Millət Məclisi Baş Assambleyası konstitusiyaya dəyişikliyin 2-ci tur səsverməsi üçün dünәn  toplantı keçirilib.

Toplantıda 18 maddədən ibarət təklif paketinin 7 maddәsi qәbul edilib.

Məhkəmələrin müstəqilliyinə tərəfsizlik əsasını nәzәrdә tutan 1-ci maddənin lehinә  345 səs verilib.

Təklifin 2,3,4, 5 və 6-cı maddələri isә  342 sәslә qәbul olunub.

Cümhurbaşkanlığı üçün şәrtlәri müәyyәn edәn 7 maddәnin lehinә isә  340 sәs verilib.

Qeyd edәk ki, sәsvermәdә baş nazir Binәli Yıldırım, Cümhuriyyәt Xalq Partiyasının sәdri Kamal Kılıçdaroğlu vә Milliyәtçi Hәrәkat  Partiyasının sәdri Dövlәt Baxçalı da iştirak edib.

2-ci turun bu gün tamamlanması gözlәnilir.



Әlaqәli Xәbәrlәr