Türk polisinin qələbəsi: 20 dəqiqədə bir güllə də atmadan terrorçunu yaxaladı

Yeni il gecəsi İstanbuldakı “Reina” klubunda törətdiyi terror aktında 39 nəfərin həyatını itirməsinə səbəb olan  Abdülqədir Masharipov  20 dəqiqədə və bir güllə də atılmadan yaxalandı.

653915
Türk polisinin qələbəsi: 20 dəqiqədə bir güllə də atmadan terrorçunu yaxaladı

Yeni il gecəsi İstanbuldakı “Reina” klubunda törətdiyi terror aktında 39 nəfərin həyatını itirməsinə səbəb olan  Abdülqədir Masharipov  20 dəqiqədə və bir güllə də atılmadan yaxalandı.

Bununla da Türkiyə bir terror təşkilatı tərəfindən həyata keçirilən hücumu törədəni diri ələ keçirən ilk ölkə oldu.

Terrorçunun yaxalanmasına imkan yaradan “Planlı və fəal, zərərsizləşdirmə əməliyyatı” ilə əlaqəli detallar da ortaya çıxmağa başladı.

Polis əməliyyatdan 3 gün əvvəl terrorçunun Əsənyurtda gizləndiyi ünvanın olduğu yeri mühasirəyə aldı.

Əmniyyət müdiri Mustafa Çalışkan əməliyyatdan əvvəl yerli vaxtla saat 22.00-da Terrorla Mübarizə Şöbə Müdirliyi heyəti ilə yığıncaq keçirdi və polisə “terrorçu nə olarsa olsun diri yaxalanacaq” təlimatı verdi.  

Xüsusi heyət bir saat sonra Əsənyurtdakı ünvana geldi və saat 23.15-də hərəkətə keçildi. Qapı sındırıldı və saat 23.40-da evə girildi. Yatdığı yerdə yaxalanan terrorçu əvvəl “Axtardığınız şəxs mən deyiləm” dedi. Ancaq üzündəki xal və yara izləri onu yaxalatdı.

Xain terrorçu 20 dəqiqədə bir güllə belə atılmadan yaxalandı.

Evi kirayə götürən DEAŞ üzvü iraqlı kişi ilə 3 xarici ölkə vətəndaşı qadın da evdə saxlanıldı.

Qrupun ailə kimi görünərək qaçış planlı hazırladığı və saxta pasport gözlədiyi məsələsinə diqqət yetirilir.  

İstanbul valisi Vasip Şahin ötən gün Əmniyyət müdiri Mustafa Çalışkan ilə təşkil etdiyi mətbuat konfransında demişdi ki, əməliyyat həyata keçirilərkən 7 min 200 saata yaxın video kadrları tədqiq edildi və xüsusi polis heyətləri ilə birlikdə 2 min polis əməkdaşı vəzifədə oldu.

Konya, Hatay, İzmir və İstanbulda kəşfiyyat üzrə idarələrlə əməkdaşlıq etdiklərini də vurğulayan vali bildirib ki, polis əməkdaşlırımız çox ciddi çalışdı. Proses çərçivəsində 152 ünvana əməliyyat təşkil edildi. 50 nəfər saxlanıldı. 168 nəfər isə xarici terrorçuluqda şübhəli bilinərək müvafiq yerlərə təhvil verildi.

Beləliklə Türkiyə dünyada ilk dəfə terror təşkilatı tərəfindən həyata keçirilən bir hücumun cinayətkarını diri ələ keçirən ölkə oldu.



Әlaqәli Xәbәrlәr