“Nazim Hikmǝtin mǝzarını Türkiyǝyǝ gǝtirǝ bilǝrik”

Ədliyǝ naziri Bəkir Bozdağ, varislərinin də qǝbul etmǝsi halında məşhur Türk şair Nazim Hikmətin məzarının Türkiyəyə köçürülǝcǝyini bildirib.

653132
“Nazim Hikmǝtin mǝzarını Türkiyǝyǝ gǝtirǝ bilǝrik”

Bəkir Bozdağ, Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirǝ edilǝn konstitusiyaya dəyişiklik edilmǝsini nǝzǝrdǝ tutan təklif layihǝsinǝ dair deputatların ünvanladıqları sualları cavablandırıb. Bozdağ hǝmin iclasda şair Nazim Hikmətin ad gününün 115-ci il dönümü münasibǝtiylǝ verdiyi açıqlamada: “Nazim Hikmǝtin öz vǝtǝnindǝ yaşayıb, dünyasını dǝyişmǝsini, mǝzarının da burada olmasını istǝrdik. Ancaq keçmişdə yaşadığı çətinliklər vǝ qarşılaşdığı problemlǝr sǝbǝbindǝn bu mümkün olmamışdır. Hökumǝtimiz 2009-ci ildə Nazim Hikmətin vətəndaşlıqdan çıxarılmasına dair qǝrarı lǝğv etmişdir. Əslindǝ bu böyük şairin mǝzarının Türkiyǝdǝ olması ortaq arzumuzdur. Ancaq mǝrhumun varisləri bunu istǝmirlǝr. Onların qǝbul etmǝlǝri halında hökumət olaraq Nazim Hikmətin məzarını Türkiyəyə köçürǝ bilǝrik” deyǝ vurğulayıb.

Qeyd edǝk ki, 1963-ci ildə dünyasını dǝyişǝn Nazim Hikmətin məzarı, Moskvadakı Novodeviçi qəbiristanlığındadır.



Әlaqәli Xәbәrlәr