“Türk əsgəri Kıbrısdan ayrılmayacaq”

Rəcəb Tayyib Ərdoğan: Şimali Kıbrıs Türk Respublikası problemin həllinə dair lazımlı addımları atmaqda davam edir. Ancaq Rum İcması və zəmanətçi ölkə olan Yunanıstan fərqli şeylər gözləyir

650975
“Türk əsgəri Kıbrısdan ayrılmayacaq”

Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda verdiyi açıqlamada İsveçrənin Cenevrə şəhərində davam edən Kıbrıs müzakirələrinə toxunub. Rum icması və Yunanıstanın hələ də fərqli tələblərinin olduğunu ifadə edərək: “Türk əsgəri Adadan ayrılmayacaq. Şimali Kıbrıs Türk Respublikası problemin həllinə dair lazımlı addımları atmaqda davam edir. Səmimi rəftar sərgiləyir. Ancaq Rum İcması və zəmanətçi ölkə olan Yunanıstan fərqli şeylər gözləyir” deyib.

Annan Planının daha etibarının olmadığını ifadə edən prezident Ərdoğan: “İndi yeni bir müzakirə prosesi mövcutdur. Birə dörd, qəbul  edilməz  təklifdir.  Yəni bir dövr Şimali Kıbrıs Türk Rəhbərliyi, 4 dövr isə Cənubi Kıbrıs Rum icması rəhbərlik   etsin,  belə  bir şey  olmaz. Bu məsələni daha əvvəl də müzakirə edərək 1-ə 2, yəni rəhbərlik vəzifəsi bir dövr Şimali Kıbrıs Türk Respublikasının, iki dövr Cənubi Kıbrıs Rum icmasının olması mövzusunda mütabiq qalınmışdı. Ən ədalətli olan da bundan ibarətdir və kimsə bundan başqa bir şey gözləməsin dedik. Bunu səlahiyyətlilərə bildirdik” deyə vurğulayıb.

Valyuta məzənnəsinin artmasına da toxunan Ərdoğan, məsələnin bu həftə keçiriləcək iclasda müzakirə ediləcəyini ifadə edərək: “Narahat olacaq bir vəziyyət yoxdur. Ancaq mən millətimə daha bir dəfə çağırış edirəm ki, əlindəki pulunu Türk lirəsinə çevirsin”.

Türkiyə Böyük Millət Məclisi (TBMM) Ümumi İclasında konstitusiyaya  dəyişiklik təklifinin səsə qoyularaq qəbul edildiyini xatırladan prezident, ikinci tur səsvermədə də qəbul edilməsi halında referanduma çıxarılacağını qeyd edib.



Әlaqәli Xәbәrlәr