“Milli Piyada Tüfəngi” (MPT-76) vəzifəyə hazırdır

Ölkənin yerli imkanları və qabiliyyətləri ilə istehsal edilən “Milli Piyada Tüfəngi” (MPT-76) vəzifəyə hazırdır.

649248
“Milli Piyada Tüfəngi” (MPT-76) vəzifəyə hazırdır

Ölkənin yerli imkanları və qabiliyyətləri ilə istehsal edilən “Milli Piyada Tüfəngi” (MPT-76) vəzifəyə hazırdır.

MPT-76 tüfənglər Ankara yaxınlığında yerləşən Kırıkkalə şəhərində istehsal edildikləri fabrikda təşkil edilən mərasimdə orduya təhvil verilmişdir.

Mərasimdə çıxış edən milli müdafiə naziri Fikri İşıq MPT-lərin təhlükəsizlik qüvvələrinin etibarlı şəkildə istifadə edə biləcəyi silah olduğunu vurğulayaraq, Türkiyənin müdafiə sənayesi sahəsindəki asılılığının aşağı səviyyəyə endiyini bildirib.

Nazir silahı ilk atış sınağından da keçirib.

Qeyd edək ki, MPT-76 bütün texnika xüsusiyyətləri və xüsusi dizaynı ilə dünya silah sektorunda diqqətləri cəlb edir.

Kütləvi istehsalat zamanı 500 dənə silah bir ilə yaxın zamanda buraxılıb.

Qalan 19 min 500 silahın istehsalat və orduya təhvil verilmə prosesi cari il tamamlanacaq.



Әlaqәli Xәbәrlәr