T.Mey vә N.Şәrif İzmirdә törәdilәn terror hücumu ilә bağlı R.T.Әrdoğana başsağlığı veriblәr

Türkiyənin  dövlət başçısı  Rəcəb Tayyib Ərdoğan  İngiltərənin baş naziri  Tereza Mey və Pakistanın  baş naziri Navaz Şəriflə telefon əlaqəsı saxlayıb.

646534
T.Mey vә N.Şәrif İzmirdә törәdilәn terror hücumu ilә bağlı R.T.Әrdoğana başsağlığı veriblәr

Əldə olunan məlumata görə Tereza Mey və Navaz Şərif  İzmirdә törәdilәn terror hücumu ilə əlaqədar dövlət başçısına başsağlığı veriblər.

Tereza Mey görüş zamanı İstanbul və İzmirdə törədilən xain terror hücumlarını sərt dillə  qınayaraq  terrorla mübarizə məsələsində Türkiyənin hər zaman yanında olduqlarını bildirib. Məlumata görə, görüş zamanı Kıbrıs  məsələsi də müzakirə olunub.

 Pakistanın  baş naziri isə görüş zamanı  Türkiyədə törədilən son terror hücumlarının pakistanlıları dərindən kədərləndirdiyini bildirərək hücum nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, yaralılara təcili şəfa diləyib.

Dövlәt başçısı Rәcәb Tayyib Ərdoğan isə Pakistan baş naziri Şərifə dəstəyinə görə təşəkkür edərək  Türkiyənin terrorla  mübarizəsinin qətiyyətlə davam edəcəyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr