Fərat Qalxanı terrorçulara aman vermir

Türkiyə Silahlı Qüvvələrindən edilən şərhdə bildirilir

646306
Fərat Qalxanı terrorçulara aman vermir

  Fərat Qalxanı Hərəkatında terror təşkilatı DAEŞ-ə aid 156 hədəf qurudan, 12 hədəf havadan vurulub, 21 terrorçu zərərsizləşdirilib.

  Türkiyə Silahlı Qüvvələrindən edilən şərhdə bildirilir:

  “Türkiyə Hava Qüvvələrinə aid təyyarələr tərəfindən Bab, Bzagah, Suflaniyah və Kabr Mukriyədə olan 12 DAEŞ terrorçusu üzərinə hava hərəkatı təşkil edildi. Təşkilatın sığınma yerləri, qərargah binaları, nəzarət məntəqəsi, silah-sursat vasitələri məhv olundu.

  Qurudan isə 156 DAEŞ hədəfi ağır silahlarla atəşə tutuldu.

  Gün boyu yaşanan qarşıdurma və atəşlər nəticəsində 21 DAEŞ terrorçusu zərərsizləşdirildi.

  DAEŞ-dən təmizlənən bölgələrdə 37 əl qumbarası məhv edildi.

  Bölgədə yaşayan mülki əhalinin zərər çəkməməsi üçün hər cür tədbir görülür və maksimum həssaslıq göstərilir”.



Әlaqәli Xәbәrlәr