“Terrorçunun uyğur olma ehtimalı var”, V.Kaynak

Baş nazirin müavini Veysi Kaynak İstanbulda gecə klubuna yeni il gecəsi hücum edərək 39 nəfəri qətlə yetirən terrorçunun uyğur olma ehtimalı olduğunu bildirib.

644937

Təhlükəsizlik qüvvələrinin terrorçunun kimliyi haqqında məlumatının olduğunu bildirən Veysi Kaynak deyib ki, terrorçunun özəl təlim keçmiş bir hücrə evi üzvü olduğu məlum olub. Terrorçunun şəxsiyyəti və əlaqələri dəqiqləşdirildi. Uyğur olma ehtimalı var.

Baş nazirin müavini hücumun 2 terrorçu tərəfindən həyata keçirilmiş ola biləcəyinə dair suala isə cavab verərək bildirib ki, bu ehtimalların hamısı araşdırılır. Lakin faktiki olaraq hücumu bir nəfərin etdiyi aydındır. Bir silahdan atəş edilərək bu qətliam həyata keçirilib.

Veysi Kaynak onu da əlavə edib ki, müasir Türkiyəyə tanış, yeni ili Türkiyədə qarşılamaq istəyən xarici turistlərimiz də təəssüf ki, həyatlarını itirdi. Bu terror aktı hamımızı dərindən kədərləndirdi.

Baş nazirin müavini  terrorçunun ölkə xaricinə qaçma ehtimalına qarşı tədbirlərin görüldüyünü də söyləyib.

Әlaqәli Xәbәrlәr