Növbəti partlayış İzmirdə törədildi

Partlayış İzmirin Bayraqlı qəsəbəsində yerləşən Ədliyyə binasının hakim və prokurorların daxil olduğu xidməti qapı yaxınlığında törədilib

645286
Növbəti partlayış İzmirdə törədildi

  Türkiyənin İzmir şəhərində Ədliyyə binası qarşısında avtomobil partlayışı nəticəsində bir polis əməkdaşı ilə bir ədliyyə işçisi şəhid oldu. Hadisə zamanı üçü polis işçisi olmaqladəyişikliklər beş nəfər yaralandı.

  Şəhərin Bayraqlı Bələdiyyə sədri Həsən Karabağ yaralılardan birinin vəziyyətinin ağır olduğunu bildirib.

  Qarşıdurma zamanı polis 2 terrorçunu ölü olaraq ələ keçirib, digərini isə tutma işləri davam edir.

  Qeyd edək ki, partlayış İzmirin Bayraqlı qəsəbəsində yerləşən Ədliyyə binasının hakim və prokurorların daxil olduğu xidməti qapı yaxınlığında törədilib.

  Partlayışdan sonra atəş səsləri eşidilib.

  Çox sayda xilasetmə, təcili yardım qruplarının sövq edildiyi bölgədə iri miqyaslı əməliyyat başlanılıb.



Әlaqәli Xәbәrlәr