Kosovo prezidenti Haşim Taçı Türkiyәyә sәfәr edib

Kosovo prezidenti Haşim Taçı  dövlәt başçısı  Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə dünən Türkiyəyə sәfәr edib.

639804
Kosovo prezidenti Haşim Taçı Türkiyәyә sәfәr edib

Qonaq prezident  ‘‘Esenboğa’’  hava limanında  Ailә vә Sosiyal Siyasәtlәr  naziri Fatma Betül Sayan Kaya tәrәfindәn qarşılanıb.

Haşim Taçı üçün bu gün Prezident İqamәtgahında  rəsmi qarşılama mərasimi keçiriləcək.

Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib  Ərdoğan və həmkarı  əvvəlcə təkbətək görüş keçirәcәklәr.

İki lider daha sonra  heyətlər arası görüşlərə sədrlik edəcək.

Rәcәb Tayyib Әrdoğan vә Haşim Taçi daha sonra  birgә mәtbuat konfransı keçirәcәklәr.

Haşim  Taçinin Türkiyәyә etdiyi sәfәri  Türkiyə-Kosovo münasibətlərinin bütün aspektləri ilә  müzakirə olunmasına, regional və beynəlxalq məsələlərə dair əməkdaşlığın daha da inkişaf etdirilməsinə imkan verəcək.



Әlaqәli Xәbәrlәr