“DEAŞ-a qarşı mübarizəmizdə koalisiya qüvvələri dəstək olmur”, R.T Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyənin terror təşkilatı DEAŞ-a qarşı mübarizəsinə koalisiya qüvvələrinin dəstək vermədiklərini söyləyib.

639070
“DEAŞ-a qarşı mübarizəmizdə koalisiya qüvvələri dəstək olmur”, R.T Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyənin terror təşkilatı DEAŞ-a qarşı mübarizəsinə koalisiya qüvvələrinin dəstək vermədiklərini söyləyib.

Ərdoğan Qvineyanın prezidenti Alpha Konde ilə paytaxt Ankarada Cümhurbaşqanlığı iqamətgahında təkbətək və geniş tərkibdə görüşlərdən sonra  təşkil edilən birgə mətbuat konfransında deyib ki, Suriyanın şimalının terror ünsürlərindən təmizlənməsi məqsədi ilə avqustun 24-də Türkiyənin rəhbərliyində “Fərat Qalxanı” əməliyyatına start verildi. Əl-Bab şəhərində terror təşkilatı DEAŞ dörd bir tərəfdən mühasirəyə alındı. Əməliyyat davam etdiriləcəkdir, bundan geri addım atılmayacaq və terrordan təmizlənmiş bölgə əsasını reallaşdıracağıq.

“Fərat Qalxanı” əməliyyatına dəstək olmayan koalisiya ölkələrini sərt sözlərlə tənqid edən Dövlət başçısı Ərdoğan vurğulayıb ki, koalisiya qüvvələri hal-hazırda verdikləri vədləri təəssüf ki, yerinə yetirmirlər. Bu olsun ya olmasın biz yolumuza davam edəcəyik.

Suriyada məsələnin həllinə dair Qazaxıstanın paytaxtı Astanada keçirilməsi planlaşdırılan yığıncağa da toxunan Ərdoğan bildirib ki, Cenevrədə nəticə əldə edilə bilmədi. İndiyədək keçirilən toplantıların heç birindən nəticə çıxmadı. Axırda Rusiya prezidenti Putinlə keçirdiyim görüşdə bizə Astananı təklif etdi. Bizim üçün problem olmadığını, bölgəyə qonşu ölkələrin iştirakı ilə keçiriləcəyini, amma yığıncağa terror təşkilatları dəvət ediləcəyi təqdirdə buna müsbət baxmayacağımızı bildirdik. Proses mövcud şərtlərdə xarici işlər nazirləri səviyyəsində yürüdülür. Lakin daha sonrakı mərhələlərdə işlər adi axarında gedəcəyi təqdirdə prosesdə liderlər səviyyəsində də addımlar atıla bilər.

Dövlət başçısı Ərdoğan Türkiyə-Afrika əlaqələrinə də toxunaraq bildirib ki, əlaqələrdə potensiyal həcmi genişdir. Biz sərmayədarları bu potensiyaldan istifadə etməyə çağırırıq. Bu arada Türk Hava Yollarının ilk uçuşunun gələcək ilin yanvar ayının 30-da reallaşacağı xəbərini də vermək istəyirəm.

Ərdoğan Afrikanı istismar edən qərb dünyasını da bir daha tənqid edib.

Afrika Birliyinin növbəti sədri olan Qvineya prezidenti Alpna Konde də FETÖ-nün ölkəsində və Afrikada nüfuzunu zəiflətmək üçün əlindən gələni yerinə yetirəcəyini söyləyib.



Әlaqәli Xәbәrlәr